31 
Avq
2020
15:28
189
199
19867
Virtual karabakh

“8-ci kilometr bazarı” bağlanır? - RƏSMİ AÇIQLAMA + VIDEO

31 Avq, 2020
15:28
19867

“8-ci kilometr bazarı” bağlanır? - RƏSMİ AÇIQLAMA + VIDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının məşhur “8-ci kilometr bazarı”nın bağlanması ilə bağlı bəzi saytlarda eləcə də sosial şəbəkələrdə məlumatlar yayılıb.

Yayılan məlumatların nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənmək üçün Nizami Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Cavid Qafarov Oxu.Az-a açıqlamasında “8-ci kilometr bazarı”nın fəaliyyətinin dayandırılması ilə bağlı məlumatların əsassız olduğunu deyib:

“Hazırda “8-ci kilometr ticarət mərkəzi” adlanan ərazi fəaliyyət göstərir. Bazarda kənd təsərrüfatı məhsullarının satışı gedir. Ola bilər ki, geyim satılan bölmələr bağlansın, amma bütün hallarda bu barədə dəqiq məlumatımız yoxdur. Belə bir şey olsa belə, qərarı biz vermirik. Özəl sahibkarlıq subyektidir, qərarları da özləri verir. Orada çalışan kiçik sahibkarlardan bizə bazarın bağlanması ilə bağlı şikayət daxil olmayıb. Bazar bağlansa, aidiyyəti üzrə qurumlar rəsmi açıqlama vermiş olardı”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri