Sen
2020
10:30
35
56
4471
Virtual karabakh

“Umico” tərəfdaşı olmayan mağazalardan da məhsullar aldıqda “Umico” bonusları ilə keşbək qazanmaq mümkündür

4 Sen, 2020
10:30
4471

“Umico” tərəfdaşı olmayan mağazalardan da məhsullar aldıqda “Umico” bonusları ilə keşbək qazanmaq mümkündür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bildiyiniz kimi, “Umico” Azərbaycanın popular bonus keşbək sistemidir. Tətbiqi yükləyib qeydiyyatdan keçməklə, “Umico”nun tərəfdaşı olan mağazalardan alış-veriş edən zaman siz bonuslarla keşbək qazanırsınız. “Umico”nun 1000-dən çox tərəfdaşı var. Bu da çoxlu bonus deməkdir. Lakin qısa zaman öncə “Umico” yeni bir funksiya elan etdi ki, sadəcə mağazalardan deyil, həm də istehsalçıdan keşbək qazanmaq olurdu. Misal üçün, “Bravo”, “Grandmart”, “Happy” və ya “Army” mağazalarından təyin olunmuş xüsusi məhsulları alanda siz həm mağazaların özündən, həm də brendlərdən keşbək qazana bilirdiniz. Bütün bu proseslər çox sadə və avtomatik şəkildə kassada “Umico” kartını və ya tətbiqini göstərməklə həyata keçirdi.

Umico” bununla kifayətlənmir və qazandırmağa davam edir. İndi “Umico” tərəfdaşlar siyahısında olmayan mağazalardan belə müəyyən məhsulları alan zaman brenddən “Umico” bonusları ilə keşbək qazanmaq mümkündür.

Bunun üçün əsas şərt QR kod ilə qəbz təqdim edən mağazadan alış-veriş etmək və qəbzin şəklini “Umico” tətbiqinə yükləmək lazımdır. Hansı brendlərin qəbzin şəkli ilə keşbək qazandırdığını isə “Umico” tətbiqinin “Brendlər” bölməsindən öyrənə bilərsiniz. Orada hər brendin öz səhifəsi var, brendin səhifəsinə daxil olduqda “Keşbək qəbzin şəkli əsasında mövcuddur” yazısı qeyd olunursa, deməli həmin brendi “Umico” tərəfdaşı olmayan, lakin QR kod ilə qəbz təqdim edən mağazalardan alaraq, qəbzin şəklini “Umico” tətbiqinə yükləyib keşbək qazana bilərsiniz. Və ya “Brendlər” səhifəsinin yuxarı sağ küncündə olan filter bölməsində “Qəbzin şəkli əsasında keşbək” filterini aktivləşdirməklə, ancaq bu funksiyanı təklif edən brendlərin siyahısını görə bilərsiniz. 

Nəzərinizə çatdıraq ki, alış-veriş etdiyiniz andan üç saat ərzində QR kod olan qəbzin şəklini çəkib “Umico” tətbiqinə yükləmək lazımdır. Üç saatdan sonra qəbz etibarlı sayılmır və keşbək qazanmağınız mümkün olmayacaq. Keşbək qazanmaq üçün tətbiqin yuxarı küncündə yerləşən QR kod skan düyməsinə vurub, əvvəlcə qəbzin QR kodunu skan etməli, sonra isə qəbzin şəklini çəkib, onu tətbiqə yükləməlisiniz. Qəbzin şəklini çəkərkən orda yazılan bütün məhsulların aydın görünməsini təmin edin! Əgər sizin tətbiqdə QR kod skan düyməsi yoxdursa, tətbiqinizi “Apple Store” və ya “Google Play”dən yeniləməyiniz lazımdır. Siz qəbzin şəklini göndərdikdən sonra “Umico” əməkdaşları onu yoxlayırlar və adətən gün ərzində bonuslar hesabınıza oturur.

Qəbzin şəkli ilə keşbək qazanmaq funksiyası sadəcə “Umico” tərəfdaşı olmayan mağazalara aiddir. Tərəfdaş olan “Bravo”, “Grandmart” və digər tərəfdaş olan mağazalarda isə qəbzin şəklini tətbiqə yükləmək lazım deyil, çünki kassada tətbiqi və ya kartı göstərməklə həm mağazadan, həm də brendlərdən əlavə keşbək qazana bilirsiniz.

İndiki zamanda daha ağıllı alış-veriş etmək və daha çox qazanmaq mümkündür. Bunun üçün belə funksiyaları daha yaxşı öyrənin və alış-veriş etdikdən sonra keşbək qazanmağı unutmayın.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri