Sen
2020
10:25
31
62
2598
Virtual karabakh

Pedaqoji fəaliyyətinə qadağa qoyulan şəxsləri işə götürən vəzifəlilər cərimələnə bilər - YENİLİK

7 Sen, 2020
10:25
2598

Pedaqoji fəaliyyətinə qadağa qoyulan şəxsləri işə götürən vəzifəlilər cərimələnə bilər - YENİLİK

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək qanunvericiliyinin pozulmasına görə inzibati cəzaların siyahısı genişləndirilir.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 192.12-ci maddənin əlavə olunması təklif edilir.

Layihə qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə bağlıdır.

Qanun layihəsi həmin şəxslərin pedaqoji fəaliyyətlə məşğul olması üçün əmək müqaviləsinin bağlanılmasına görə vəzifəli şəxslərin cərimələnməsini nəzərdə tutur.

Layihəyə əsasən, həmin şəxslərin pedaqoji fəaliyyətlə məşğul olması üçün əmək müqaviləsinin bağlanılmasına görə vəzifəli şəxslər üç min manat məbləğində cərimə edilir.

Layihə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri