Sen
2020
12:51
44
244
12266
Virtual karabakh

“Sədərək”dən açıqlama: “Yusif Qədiməliyevi kim işdən çıxara bilər?”

8 Sen, 2020
12:51
12266

“Sədərək”dən açıqlama: “Yusif Qədiməliyevi kim işdən çıxara bilər?”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sədərək” Ticarət Mərkəzinin rəhbəri Yusif Qədiməliyev iş başındadır.

Bunu Qaynarinfo-ya açıqlamasında “Sədərək” Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədimov Yusif Qədiməliyevin ticarət mərkəzinin rəhbəri vəzifəsindən çıxarılması ilə bağlı xəbərə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, “Sədərək” Ticarət Mərkəzi dövlət qurumu deyil ki, bura kimisə təyin edib, yaxud da çıxarsınlar:

“Yusif Qədiməliyev “Sədərək” Ticarət Mərkəzinin təsisçisidir. Qurumun İdarə Heyəti var. Onu kim işdən çıxara bilər? Yusif Qədiməliyev iş başındadır”.

Kəmaləddin Qədimov qeyd edib ki, ticarət mərkəzində minlərlə mağaza və onların hər birinin sahibi var: 

“Özəl qurumdur, sərbəst mal alıb-satırlar. Onları kim işdən çıxara bilər? Mərkəz dövlətin ən böyük vergi daşıyıcılarındandır, amma dövlət müəssisəsi deyil”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri