Sen
2020
15:07
28
430
23291
Virtual karabakh

Azərbaycanda tanınmış musiqiçi oğlu tərəfindən qətlə yetirildi - YENİLƏNİB + VİDEO

8 Sen, 2020
15:07
23291

Azərbaycanda tanınmış musiqiçi oğlu tərəfindən qətlə yetirildi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlkin ehtimala görə, tanınmış gitara ifaçısı Nofəl Süleymanov 17 yaşlı oğlu tərəfindən ehtiyatsızlıqdan ov tüfəngindən açılan atəş nəticəsində ölüb. 

Bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Hadisə Bakının Nizami rayonu Bəhruz Nuriyev küçəsi ev 116/118-də bu gün günorta saatlarında baş verib. 

Açılan atəş nəticəsində N.Süleymanov kürəyindən xəsarət alıb və hadisə yerində ölüb.

Hadisə yerinə istintaq-əməliyyat qrupunun üzvləri cəlb olunub.

Ramella İbrahimxəlilova

14:44

Tanınmış gitara ifaçısı Nofəl Süleymanov yaşadığı mənzildə oğlu tərəfindən ov tüfəngi ilə vurularaq qətlə yetirilib.

Bu barədə APA-ya aşıq Mübariz Camaloğlu məlumat verib.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri