11 
Sen
2020
09:46
64
608
14574
Virtual karabakh

Əli Həsənov lüks villasında istirahət edir

11 Sen, 2020
09:46
14574

Əli Həsənov lüks villasında istirahət edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə müalicə olunduğu deyilən Prezidentin sabiq köməkçisi Əli Həsənovun qaldığı yer məlum olub. 

Demokrat.az xəbər verir ki, hazırda Əli Həsənov Türkiyənin Antalya bölgəsində yerləşən villasında ailəsi ilə bərabər istirahət edir.

Sözügedən villa Antalyanın dəniz sahili ərazisi olan Konyaaltı, Gürsu ünvanında yerləşir. 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin də Əli Həsənovla bir yerdə istirahətdə olduğu deyilir.  

Qeyd edək ki, Prezidentin keçmiş köməkçisi Əli Həsənovun Türkiyənin məşhur “Ersek” ürək-cərrahiyyə klinikasında müalicə aldığı barədə xəbər təsdiqini tapmayıb. 

Sözügedən klinikadan bildirilib ki, orada Həsənov Əli Məhəmmədəli oğlu ad-soyadlı xəstə qeydə alınmayıb. 

“Bizim klinikada belə bir şəxsin müalicə aldığı barədə hər hansı məlumat yoxdur”, - deyə klinikanın əməkdaşı bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri