11 
Sen
2020
17:45
149
24
2030
Virtual karabakh

Tarixi abidə üzərində aparılan qanunsuz tikintinin qarşısı alınıb - RƏSMİ + FOTO

11 Sen, 2020
17:45
2030

Tarixi abidə üzərində aparılan qanunsuz tikintinin qarşısı alınıb - RƏSMİ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qanunsuz olaraq hasarlanan Dübəndi qəsəbəsinin Xəzərsahili ərazisində yerləşən qayaüstü təsvirlər olan “Mağara” abidəsinə müdaxilənin qarşısı alınıb.

Bu barədə Oxu.Az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. 

Bildirilib ki, bir müddət öncə böyük tarixi əhəmiyyətə malik olan abidə naməlum şəxslər tərəfindən qanunsuz hasarlanaraq, üzərində tikinti işləri aparılıb. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşlarının və Xəzər rayon İcra Hakimiyyəti ilə birgə aparılan araşdırma zamanı bunun qarşısı alınıb. Hazırda qanunsuz hasarlar sökülüb, abidəyə mühafizə lövhəsi vurulub. Tarixi abidənin ətrafının tam təmizlənməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, e.ə IV-I minilliyə aid olan “Mağara” abidəsinə bir neçə dəfə naməlum şəxslər tərəfindən müdaxilə halları baş verib, ərazidə abidənin dövlət tərəfindən qorunması ilə bağlı qoyulan mühafizə lövhələri çıxardılaraq, abidənin ətrafı hasarlanıb.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri