16 
Sen
2020
13:30
187
30
6370
Virtual karabakh

Azərbaycanlı alim dünyada bir ilkə imza atdı

16 Sen, 2020
13:30
6370

Azərbaycanlı alim dünyada bir ilkə imza atdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı alim plastik və rekonstruktiv cərrahiyə sahəsində dünya üzrə bir ilkə imza atıb. 

Tanınmış cərrah, professor Vaqif Qələndərin süd vəzi rekonstruksiyası ilə bağlı Azərbaycan Tibb Universitetində apardığı işlər və müəllifi olduğu yeni metodika ABŞ-da qəbul olunub.

Professor bildirir ki, son 20 ildə süd vəzi rekonstruksiyası sahəsində olan elmi-praktiki fəaliyyəti və cəsədlər üzərindəki işlərinin xəstələrə tətbiqinin nəticəsi ABŞ-da nəşr olunan beynəlxalq elmi jurnalda dərc olunub. Bu kəşf haqqında material “PRS Global Open” jurnalında 25 avqust 2020 tarixində çap edilib:

“Ötən illər ərzində IMAP fleb metodikasının üzərində işləyərək daha təkmil bir cərrahi texnika yaratmağa və əməliyyatın ilk üç örnəyini müvəffəqiyyətlə tətbiq etməyə nail oldum. Türkiyənin İstanbul şəhərinin Rekonstruktiv süd vəzi cərrahiyyəsi mərkəzinə dəvət etdilər, orada bu əməliyyatı uğurla həyata keçirdim. Bu üsulun süd vəzi rekonstruksiyasında, xüsusilə seçilmiş hallarda - süd vəzinin orta və böyük ölçülərinin rekonstruksiyasında yeni bir era başladacağına əminəm”.

Qeyd edək ki, IMAP fleb metodikası mastektomiya əməliyyatından sonra süd vəzinin rekonstruksiyası üçün istifadə olunan yeni inqilabi metoddur. Bu zaman süd vəzinin sağlam hissəsi loskut əvəzi istifadə olunur. 

Professor Vaqif Qələndərin məqaləsində “Musculo-derma-glandular, Axii-perforator, Biprdicled Flap” adlandırılan yeni cərrahi yanaşma metodikası təqdim olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri