16 
Sen
2020
16:57
61
414
2222
Virtual karabakh

15 il ərzində rusiyalıların Azərbaycana münasibəti iki dəfə yaxşılaşıb

16 Sen, 2020
16:57
2222

15 il ərzində rusiyalıların Azərbaycana münasibəti iki dəfə yaxşılaşıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Levada Center” təşkilatının sosioloqları tərəfindən bu ilin avqust ayında keçirilmiş sorğunun nəticələrinə əsasən, Rusiya vətəndaşlarının 13 faizi Azərbaycanı RF-nin ən yaxın dostu və müttəfiqi hesab edir.

Oxu.Az-ın təhlil etdiyi sorğunun nəticələrinə görə, Azərbaycan ümumi siyahıda Belarus, Çin, Qazaxıstan və Ermənistandan sonra beşinci yeri tutur.

Eyni zamanda, 2006-cı ildə aparılan araşdırma ilə müqayisədə Azərbaycanı dost ölkə hesab edən rusiyalıların sayı təxminən iki dəfə - 6 faizdən 13 faizə qədər artıb.

Sorğuya əsasən, rusiyalıların 17 faizi Ermənistanı dost ölkə adlandırıb, 2006-cı ildə isə bu rəqəm 14 faiz olub.

Eyni zamanda, respondentlərin 2 faizi Azərbaycanı dost olmayan dövlət hesab edir, onların sayı 2006-cı ildən iki dəfə azalıb.

Rusların 2 faizi isə Ermənistanı Rusiyaya düşmən münasibətdə günahlandırır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri