17 
Sen
2020
10:32
125
17
1315
Virtual karabakh

Oğuzda narkotik vasitə becərən şəxs saxlanıldı

17 Sen, 2020
10:32
1315

Oğuzda narkotik vasitə becərən şəxs saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası ilə məşğul olan rayonun Muxas kənd sakini Sahabir Hacıbalayev saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, S.Hacıbalayevin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 4 kiloqram 345 qram 4 ədəd və qurutmaq üçün həyətyanı sahədəki tikilinin çardağında saxladığı çəkisi 2 kiloqram 610 qram 2 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

S.Hacıbalayev ifadəsində narkotik vasitəni mart ayında becərdiyini, onlara xüsusi qulluq göstərdiyini etiraf edib.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri