18 
Sen
2020
10:48
8
77
1400
Virtual karabakh

Əmək müqaviləsi ilə çalışan əlilliyi olan şəxslərin sayı açıqlandı

18 Sen, 2020
10:48
1400

Əmək müqaviləsi ilə çalışan əlilliyi olan şəxslərin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək müqaviləsi bildirişi” e-sistemində 1 milyon 600 mindən çox müqavilə bildirişi mövcuddur.

Nazirlikdən verilən məlumata görə, ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən altsistem altsistemdə hazırda mövcud olan müqavilə bildirişlərinin 56 066-sı əlilliyi olan şəxslərlə bağlanılan müqavilələrə məxsusdur.

Rəsmi əmək münasibətində olan əlilliyi olan şəxslərin 754-ü birinci, 41 496-sı ikinci, 13 803-ü isə üçüncü qrup əlillərə aiddir. Həmçinin qeyd edək ki, altsistemdə olan əmək müqaviləsi bildirişlərinin 13-ü sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara məxsusdur.

Rəsmi əmək müqaviləsi ilə işləyən əlilliyi olan işçilərin 36 356-sı dövlət, 19 710-sı isə qeyri-dövlət sektorunda çalışır. Onlar ən çox təhsil, səhiyyə və sosial xidmətlər, topdan və pərakəndə ticarət, dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat kimi iqtisadi fəaliyyət növləri üzrə işə cəlb olunublar. 

2020-ci ilin altı ayı ərzində Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 1684 nəfər əlilliyi olan şəxs işlə təmin olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri