18 
Sen
2020
11:51
12
67
1316
Virtual karabakh

Bakıda iki intihara cəhd faktı araşdırılır

18 Sen, 2020
11:51
1316

Bakıda iki intihara cəhd faktı araşdırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son bir sutka ərzində Bakıda iki intihara cəhd hadisəsi qeydə alınıb. 

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Binəqədi qəsəbəsi, 2-ci Mədən küçəsində kirayədə yaşayan 2001-ci il təvəllüdlü Göyçay rayon sakini Xəyalə Aldəmirova venalarını kəsib. Xoşbəxtlikdən o, sağ qalıb. 19 yaşlı qızı intihara sövq edən səbəb rayon prokurorluğu tərəfindən müəyyənləşdirilir.

Qaradağ rayonunun Qobustan qəsəbəsində 1988-ci il təvəllüdlü yerli sakin Fərman Eyvazov intihara cəhd edib. Özünü qarın nahiyəsindən bıçaqla yaralayan kişi Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Rayon Prokurorluğu faktı araşdırır. 

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri