18 
Sen
2020
14:18
32
204
4782
Virtual karabakh

Sakinlər su problemi ilə bağlı yolu bağlamağa cəhd etdi: Saxlanılanlar var

18 Sen, 2020
14:18
4782

Sakinlər su problemi ilə bağlı yolu bağlamağa cəhd etdi: Saxlanılanlar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay rayonunda bir qrup sakin yolu bağlamağa cəhd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün Göyçay rayonu Çərəkə kəndinin bir qrup sakini su problemi ilə əlaqədar Göyçay-Ucar avtomobil yolunu bağlamağa cəhd edib: 

“Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal cəhdin qarşısı alınıb, yolda nəqliyyatın hərəkəti tam bərpa edilib. Onlarla aparılan izahedici söhbətlərdən sonra sakinlər evlərinə qayıdıb, lakin onlardan üç nəfər karantin rejimi qaydalarını pozduğu üçün şöbəyə gətirilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri