21 
Sen
2020
11:51
10
227
5284
Virtual karabakh

Bakıda bağban faciəli şəkildə öldü

21 Sen, 2020
11:51
5284

Bakıda bağban faciəli şəkildə öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 20-də saat 06 radələrində Yasamal rayonu ərazisində Rahman Əslanovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Bununla bağı Yasamal rayon prokurorluğu məlumat yayıb.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Yasamal rayonunda yerləşən mebel salonunda bağban işləyən Rahman Əslanovun həmin mebel salonunun elektrik otağında elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Yasamal Rayon Prokurorluğunda araşdırma davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri