21 
Sen
2020
17:09
39
217
3760
Virtual karabakh

Xızıda həmyerlisinə atəş açan şəxs bıçaqlandı - YENİLƏNİB + FOTO

21 Sen, 2020
17:09
3760

Xızıda həmyerlisinə atəş açan şəxs bıçaqlandı - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 19-da Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində qəsəbə sakini Rauf Fərzəliyevə bıçaqla xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bununla bağlı Xızı Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Rauf Fərzəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə dayısı Vahid Əhmədovu qəsdən öldürmək məqsədilə atəş açmasına baxmayaraq, güllənin ona dəyməyərək yan keçməsinə, daha sonra isə Vahid Əhmədovun bıçaqla Rauf Fərzəliyevə qəsdən sağlamlığa az ağır zərər vuran bədən xəsarəti yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

​Faktla bağlı Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə cinayət işi başlanıb.

Rauf Fərzəliyev Cinayət Məcəlləsinin 29, 120.1, Vahid Əhmədov isə 127.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

13:39

Xızı rayonunda silahlı münaqişə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 19-da Altıağac qəsəbə sakini Rauf Fərzəliyevə bıçaqla xəsarət yetirilib. 

Bildirilib ki, Xızı rayon polis şöbəsinin əməkdaşları dərhal hadisənin baş verdiyi əraziyə yollanıblar. Həyata keçirilən araşdırmalar nəticəsində məlum olub ki, qəsəbə sakini Rauf Fərzəliyev şəxsi münasibətlər zəminində “BORAWING” markalı silahla bir dəfə Vahid Əhmədova atəş açıb. Atəş zamanı xəsarət alan olmayıb. Daha sonra isə V.Əhmədov əlində olan bıçaqla R.Fərzəliyevə xəsarət yetirib. 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri