22 
Sen
2020
15:33
24
192
3780
Virtual karabakh

Təhsilimizdə COVID-19 təhlükəsi – VİDEO

22 Sen, 2020
15:33
3780

Təhsilimizdə COVID-19 təhlükəsi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizdə pandemiya ilə əlaqədar olaraq, 2020-2021-ci tədris ilində dərslər həm əyani, həm də distant formada təşkil edilir. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə iki dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə üç dəfə uyğunlaşdırılmış tədris planları əsasında aparılır. 

Baku Tv xəbər verir ki, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb. 

Quba rayonu Qamqam kənd orta məktəbində səkkiz müəllimin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib. Bakıda isə müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən dörd sinfin fəaliyyəti distant formaya keçirilib. 

Təhsil Nazirliyinin rəsmisi Baku Tv-yə açıqlamasında bildirib ki, heç bir narahatlığa əsas yoxdur. Yoluxma qeydə alınmış siniflərdə distant formada təhsilə keçilib. Ümumilikdə bütün məktəbin distant təhsilə keçməsinə isə heç bir ehtiyac yoxdur. 

Professor Adil Qeybulla bildirib ki, aşağı siniflərdə koronavirus adətən subklinik səviyyədə keçir ki, bu da onların özü üçün xüsusi təhlükə yaratmasa da, daşıyıcı kimi bizim üçün çox böyük təhlükədirlər:

“Onlar virusu ifraz edir və bu nöqteyi-nəzərdən heç bir kliniki əlamət olmadan cəmiyyətdə dolaşaraq virusu yayırlar. 

Təkcə aşağı sinif şagirdləri deyil, regionlarda yuxarı sinif şagirdləri də yoluxub. Bakıda sinifdə yoluxma halı çox olub və dörd sinif bağlanıb. Bu məsələ ilə bağlı müzakirə aparılmalı və tez bir zamanda qərar qəbul olunmalıdır”. 

Qeyd edək ki, ümumilikdə ibtidai təhsil səviyyəsi üzrə təhsil alan 625 394 şagirddən 7 868 nəfərin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri