23 
Sen
2020
15:40
19
338
3343
Virtual karabakh

Xırdalanda yeni çəkilən yol niyə qazılıb? - AÇIQLAMA + VİDEO

23 Sen, 2020
15:40
3343

Xırdalanda yeni çəkilən yol niyə qazılıb? - AÇIQLAMA + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xırdalanda yollarda yenidən qazıntı işləri aparılır.

Bu barədə Oxu.Az-ın redaksiyasına göndərilən videogörüntüdə qeyd olunub.

Vətəndaş bildirir ki, Xırdalan şəhərinin yeni istifadəyə verilən Heydər Əliyev prospektində qazıntı işləri aparılır:

“Uzun zamandır yolların asfaltlanmasını gözləyirdik. Nəhayət yollar düzəldilib, təhvil verildi. Heç bir ay keçmədi ki, “Azərsu” ASC-i tərəfindən yolda qazıntı işlərinə başlanılıb”.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin Abşeron rayon Sukanal İdarəsi ilə əlaqə saxladıq. İdarədən bizə bildirildi ki, sözügedən ünvanda magistral xətdə qəza baş verib:

“Baş verən qəzanın aradan qaldırılması üçün asfalt örtüyü qazılıb və əməkdaşlar tərəfindən ərazidə tədbirlər görülüb”. 

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri