26 
Sen
2020
20:15
23
383
4666
Virtual karabakh

Bakıda əli elektrik dəzgahında qalan qadının beş barmağı amputasiya edidi

26 Sen, 2020
20:15
4666

Bakıda əli elektrik dəzgahında qalan qadının beş barmağı amputasiya edidi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda iş yerində bədbəxt hadisə baş verib.

“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda yerləşən plasmas sexində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Mayılova Natavan Yunis qızı elektrik dəzgahında işləyərkən ehtiyatsızlıqdan sol əli dəzgahın arasında qalıb. Hadisə yerində ağır yaralanan 45 yaşlı qadın təcili yardımın köməyi ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. N.Mayılova cərrahi əməliyyat olunub, həkimlərin səyinə baxmayaraq, onun sol əlinin beş barmağı amputasiya olunub.

Hadisənin təfərrüatı Nərimanov rayon Prokurorluğunda araşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri