27 
Sen
2020
11:40
127
157
5204
Virtual karabakh

Sabahın hava proqnozu açıqlandı

27 Sen, 2020
11:40
5204

Sabahın hava proqnozu açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə sentyabrın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-19, gündüz  22-24, Bakıda gecə 17-19, gündüz 2-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq. 

Sentyabrın 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı,  ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu  gecə 14-17, gündüz 24-28, dağlarda gecə 6-11, gündüz 15-17 dərəcə isti olacaq.   

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri