28 
Sen
2020
18:16
570
83
14639
Virtual karabakh

Bəzi dövlət orqanlarının əməkdaşlarının xidməti vəsiqə ilə hərəkətinə icazə veriləcək - SİYAHI

Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində bəzi dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının hərəkətinə icazə veriləcək.

Bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən verilən məlumatda qeyd olunub.

Aşağıdakı dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının xidməti vəsiqə ilə hərəkətinə icazə veriləcək:

1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

3. Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi

6. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

8. Azərbaycan Respublikasının Baş Prokurorluğu

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

10. Məhkəmə orqanlarının əməkdaşları, vəkillər

11. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

12. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

13. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında)

14. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

15. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti

16. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti

17. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti

18. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 

19. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi

 20. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

 21. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

 22. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

 23. Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri

 24. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri