28 
Sen
2020
18:29
807
77
12821
Virtual karabakh

Azərbaycanda ictimai nəqliyyatın hərəkəti adi rejimdə davam etdiriləcək

28 Sen, 2020
18:29
12821

Azərbaycanda ictimai nəqliyyatın hərəkəti adi rejimdə davam etdiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda sərnişindaşımada ictimai nəqliyyatın hərəkəti adi rejimdə davam etdiriləcək.

Bu barədə Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) məlumat yayıb

Bildirilib ki, 28 sentyabr tarixindən hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə bağlı komendant saatı tətbiq olunan Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində Abşeron, Cəbrayıl, Füzuli, Ağcəbədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında sərnişindaşımada fasiləsiz xidmətin təmin edilməsi məqsədilə ictimai nəqliyyatın hərəkətinin adi rejimdə (06:00-00:00) davam etdirilməsi təmin ediləcək.

Qeyd olunub ki, hərbi vəziyyətin davam edəcəyi müddətdən asılı olaraq xüsusi hallar da nəzərə alınmaqla ictimai nəqliyyatın hərəkət qrafiki və qaydaları ilə bağlı son dəyişikliklər barədə xəbərlər operativ şəkildə ictimaiyyətə təqdim ediləcək. Vətəndaşlardan xahiş edirik ki,  məlumatları ancaq rəsmi istinad mənbələrindən əldə etsinlər!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri