Okt
2020
15:46
123
1071
7219
Virtual karabakh

Baş Prokuror: Gəncədə 1 nəfər ölüb, 32 nəfər xəsarət alıb

Bu gün Ermənistan silahlı qüvvələrinin Ermənilərin Gəncəni atəşə tutması nəticəsində bir nəfər ölüb, 32 nəfər xəsarət alıb.

Bu barədə məlumat Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin bəyanatında yer alıb.

Bildirilib ki, qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” Araik Arutunyanın tapşırığı əsasında bu gün, 4 oktyabr 2020-ci il tarixində saat 10 radələrində Cenevrə Konvensiyasının tələbləri pozularaq cəbhə zonasından kənarda yerləşən Azərbaycan Respublikasının ikinci böyük şəhəri, beş yüz mindən çox dinc əhalinin yaşadığı Gəncə şəhəri raket və top mərmilərindən atəşə tutulub.

Əldə olunan məlumata əsasən, Gəncə şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak olub, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bununla yanaşı, şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri