14 
Okt
2020
22:03
96
1015
4004
Virtual karabakh

Həkim-infeksionist: “Koronavirusa yoluxma sayı artarsa, həkim qıtlığı yarana bilər”

14 Okt, 2020
22:03
4004

Həkim-infeksionist: “Koronavirusa yoluxma sayı artarsa, həkim qıtlığı yarana bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təəssüf ki, hələ də koronavirusun spesifik müalicəsi və peyvəndi yoxdur. Əlimizdə olan tək vasitə isə çox sadə qorunma metodudur - maskadan istifadə, insanların sıx olduğu yerlərdən bacardıqca uzaq durmaq, respirator və əl gigiyenamıza riayət etmək.

Trend-in məlumatına görə, bunu həkim-infeksionist Nəzrin Mustafayeva “Real İntervyu” verlişində deyib.

O, həmçinin bildirib ki, qanımızda koronavirusa qarşı olan immunitetin bizi buna qarşı neçə ay qoruyacağını bilmirik: "Çünki bizim ölkədə koronavirusun müşahidə edilməsinin bir ili tamam olmayıb. Bunun üçün bir az zaman - aylar, illər lazımdır ki, müşahidələr yekunlaşsın".

Həkim-infeksionist əlavə edib ki, koronavirusa yoluxma sayı artarsa, həkim qıtlığı yarana bilər. Çünki dünyanın heç bir səhiyyə sistemi pandemiya üçün hesablanmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri