17 
Okt
2020
20:43
1873
61
7421
Virtual karabakh

Milli Qəhrəmanın qızı: “Dünya azərbaycanlıları Azərbaycan dövləti ətrafında sıx birləşib” - FOTO

İsveçrənin Bern şəhərindəki məşhur Helvetiaplatz meydanında Ermənistanın Azərbaycana hərbi təcavüzünə və təxribatlarına qarşı geniş etiraz aksiyası keçirilib.

İsveçrə Azərbaycanlıları Koordinasiya Şurası tərəfindən keçirilən izdihamlı aksiyada əksəriyyət azərbaycanlılar, o cümlədən digər millətin nümayəndələri iştirak ediblər.

Aksiyanın iştirakçılarından olan Azərbaycan Milli Qəhrəmanı Riyad Əhmədovun qızı Farizə Əhmədova yerli mətbuata bildirib ki, işğalçı Ermənistanın təxribatlarına qarşı bütün dünya azərbaycanlıları Azərbaycan dövlətinin, Ali Baş Komandan cənab İlham Əliyevin trafında sıx birləşiblər.

“Bu gün Azərbaycan ordusu Ali Baş komandanımızın rəhbərliyi ilə müzəffər addımlarla erməni silahlılarının təxribatlarının qarşısını alıb onları işğal olunmuş torpaqlarımızdan qovur. Biz bu haqq yolunda sona qədər, bütün torpaqlarımız işğaldan azad olunana qədər qələbə qazanacağıq”, - deyə o əlavə edib.

F. Əhmədova bildirib ki, dünyadakı azərbaycanlılar bütün beynəlxalq təşkilatlardan Ermənistanın bu təcüvazünün dayandırılmasını, təxribatlra son qoyulmasını tələb edir:

“Ordumuz qarşısında hər gün məğlub olan Ermənistan bütün vəhşiliklərə, qeyri-insani davranışlara əl atır. Gəncə şəhərinin, Tərtər rayonunda dəfn mərasiminin raket atəşinə tutulması və bunun nəticəsində dinc inaların öldürülməsi kimi xeyli faktlar dünya ictimaiyyətini, beynəlxalq təşkilatları ciddi hərəkətə gətirməlidir. XXI əsrdə də Ermənistan dünyann gözü qarşısında hərbi cinayətlərini, qeyri insani davranışlarını dayandırmır. Buna “Dur!” deyilməlidir!”

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri