19 
Okt
2020
13:06
560
19
2546
Virtual karabakh

“Azərişıq” ASC Şamaxının Çuxuryurd kəndində yenidənqurma işləri aparır - FOTO/VİDEO

19 Okt, 2020
13:06
2546

“Azərişıq” ASC Şamaxının Çuxuryurd kəndində yenidənqurma işləri aparır - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərişıq” ASC-nin Şamaxı rayonunun Çuxuryurd kəndində həyata keçirdiyi yenidənqurma işləri abonentlər tərəfindən məmnuniyyətlə qarşılanıb.

Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, köhnə transformator məntəqələri, yararsız kabellər, çürümüş ağac dayaqlar və sayğaclar yeniləri ilə əvəz olunub. 5 minədək sakini olan Çuxuryurd kəndində ilk dəfə 1966-cı ildə elektrik şəbəkəsi qurulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olaraq əhalinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması istiqamətində qarşıya qoyulan tədbirlər proqramının icrası uğurla davam edir.

Xatırladaq ki, “Yeni kəndlər” layihəsi çərçivəsində “Azərişıq” ASC indiyədək ölkə üzrə 500-dən çox kənddə elektrik enerjisi sistemini tamamilə yenidən qurub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri