19 
Okt
2020
16:05
42
243
2650
Virtual karabakh

Şagirdlərin elektron yerdəyişməsi təxirə salınır

19 Okt, 2020
16:05
2650

Şagirdlərin elektron yerdəyişməsi təxirə salınır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salınır.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər” barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2 noyabr 2020-ci il tarixinədək bütün təhsil müəssisələrində əlavə tətil günlərinin müəyyən edilməsi nəzərə alınaraq, yerdəyişmə prosesinin həyata keçirilməsi müvəqqəti təxirə salınır.

Qeyd olunub ki, elektron portalın açılma tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri