20 
Okt
2020
09:30
34
332
3878
Virtual karabakh

Şəkidə bank filialında yanğın olub

20 Okt, 2020
09:30
3878

Şəkidə bank filialında yanğın olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəkidə lisenziyası ləğv edilmiş bankda yanğın baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, oktyabrın 19-da axşam saat 23:00 radələrində lisenziyası ləğv edilmiş “DəmirBank”ın Şəki şəhərində olan filialının ümumi sahəsi 1000 kvadrat metr olan iki mərtəbəli binasında yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından mühafizə hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində binanın zirzəmisində 30 metr kabel, 50 metr plastik borular və inverterlər yanıb. Binanın qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri