20 
Okt
2020
12:15
30
492
2947
Virtual karabakh

Nazir: “Düşmən işğaldakı torpaqlarda endemik bitkiləri məhv edib”

20 Okt, 2020
12:15
2947

Nazir: “Düşmən işğaldakı torpaqlarda endemik bitkiləri məhv edib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i dünyanın heç bir yerində təbii halda bitməyən endemik bitkilərdir”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Beynəlxalq bitki sağlamlığı ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Bitki sağlamlığı və elmi tədqiqatlar” mövzusunda keçirilən regional videokonfransda Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

“Erməni işğalçılarının tapdağı altında qalmış 43 min hektar sahəsi olan xüsusi mühafizə olunan təbiət ərazilərində - Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında “Azərbaycan Respublikasının Qırmızı kitabına” daxil edilmiş 24 fauna və 69 flora növü qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv edilib”, - deyə M.Babayev qeyd edib.

Nazir qeyd edib ki, işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonların florası barədə geniş məlumatlar yoxdur.

“Bunu nəzərə alaraq, həmin ərazilərdə tezliklə floranın araşdırmasını aparmağı gözləyirik”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri