23 
Okt
2020
08:00
923
19
3421
Virtual karabakh

Mingəçevirdə məskunlaşan zəngilanlıların Vətən həsrəti başa çatır - VİDEO

23 Okt, 2020
08:00
3421

Mingəçevirdə məskunlaşan zəngilanlıların Vətən həsrəti başa çatır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nurlan Süleymanov Zəngilanı ata-anasının dilindən eşidib, özündə təsəvvür yaradıb. Amma ölkə başçısının bu şəhərin düşməndən azad edildiyini elan edəndə sevinci hədsiz olub.

Nurlanın anası Nəzakət Süleymanova isə şad xəbəri eşidib, dərhal həyat yoldaşı ilə bölüşüb. Ona artıq qaçqın olmadıqlarını bildirib.

Nurlan ata-baba yurdunun zəngin təbiəti, məhsuldar torpaqları olduğunu deyir. Mingəçevirdə yaşayan Süleymanovlar ailəsi Zəngilana ayaq basacaqları ilk gün yaxınlarının məzarlarını ziyarət edəcəklərini deyir.

Mingəçevirdə məskunlaşan Zəngilanın digər sakini Bağdagül Məhərrəmovadır. 23 yaşında doğma şəhərini tərk edən qadın tezliklə Zəngilana dönməyə tələsir.

Ətraflı Baku TV-nin süjetində:

Qeyd edək ki, Zəngilan rayonu Respublikada ərazisindən dörd daimi axarlı çay keçən yeganə, unikal ərazi vahididir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri