24 
Okt
2020
12:25
333
19
5567
Virtual karabakh

Sabahın hava proqnozu açıqlandı

24 Okt, 2020
12:25
5567

Sabahın hava proqnozu açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, oktyabrın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı gözlənilir. 

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz  20-24, Bakıda gecə 13-15, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz  50-55 faiz olacaq.  

Oktyabrın 25-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu  gecə 11-16, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz  9-14 dərəcə  isti olacaq.   

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri