28 
Okt
2020
17:31
202
41
1538
yuxarı
BOKT-ların cəmi aktivlərinin həcmi 5,4 faiz artıb
28 Okt, 2020
17:31
1538
202
41
BOKT-ların cəmi aktivlərinin həcmi 5,4 faiz artıb
Bank olmayan kredit təşkilatlarının (BOKT) sentyabr ayının sonuna olan cəmi aktivlərinin həcmi 331,5 milyon manat olub.
Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 milyon manat və ya 5,4 faiz artıb.
BOKT-ların müştərilərə verilən kreditlərinin həcmi isə ötən ilə nisbətən 20,4 milyon və ya 8 faiz artaraq 275,4 milyon manat olub. Burada xalis kreditlərin həcmi 235,2 milyon manatdır.
Qeyd edək ki, bank olmayan kredit təşkilatlarının icmal balansına “Aqrarkredit” QSC-nin göstəriciləri istisna edilib.
Nigar Məmmədova