29 
Okt
2020
13:48
1731
22
16178
Virtual karabakh

Suqovuşanda Azərbaycan bayrağını qaldıran hərbçiyə ev verildi - FOTO

29 Okt, 2020
13:48
16178

Suqovuşanda Azərbaycan bayrağını qaldıran hərbçiyə ev verildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cavid-2016” MMC işğal altında olan torpaqların azad edilməsi uğrunda keçirilən hərbi əməliyyatlarda şücaət göstərən hərbçiyə mənzil hədiyyə edib.

“Qafqazinfo” xəbər verir ki, oktyabrın 27-də şirkətin ofisində keçirilən təqdimatda Suqovuşan qəsəbəsinin azad edilməsindən sonra Azərbaycan bayrağını meydanda dirəyə taxaraq dalğalandıran əsgər İlkin Fərzəliyevə “Cavid-2016” şirkətinin rəhbərliyi tərəfindən mənzil hədiyyə olunub.

Şirkətin rəhbəri bildirib ki, həmin görüntüləri izləyəndə fərəh hissi keçirib və elə o an da həmin əsgərə ev bağışlamaq qərarına gəlib.

Bu gün keçirilən təqdimatda mənzilin sənədləri və açarı əsgərin atası Azad Fərzəliyevə təqdim edilib. A.Fərzəliyev şirkət rəhbərliyinə minnətdarlığını bildirərək təşəkkür edib.

Təqdimatda İ.Fərzəliyevin anası Mətanət Fərzəliyeva da iştirak edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri