Noy
2020
11:27
839
40
5635
Virtual karabakh

Şuşalı Xalq artistindən tarixi zəfərlə bağlı AÇIQLAMA

9 Noy, 2020
11:27
5635

Şuşalı Xalq artistindən tarixi zəfərlə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dünən əziz torpağımız Şuşa bizə qayıtdı. Bu bizim üçün bayramdır”.

Bunu Oxu.Az-a açıqlamasında Xalq  artisti, pianoçu Murad Adıgözəlzadə bildirib.

“Ötən gün elə həyəcan keçirmişəm ki, gücümü də itirmişəm. Valideynlərim şuşalıdır, hamı məni təbrik etdi. Bu, şuşalıların bayramı deyil, bütün azərbaycanlıların bayramıdır.

Mən bu bayram münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Dünən Prezident İlham Əliyev və ordumuz bizə hədiyyə bəxş etdi.  Dünənki hədiyyə sərhədsiz və əvəzsizdir", - deyə Xalq artisti qeyd edib.

O vurğulayıb ki, qalan torpaqlar da alınacaq:

“İstərdim ki, belə müsahibələri Şuşada verək”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri