13 
Noy
2020
12:38
300
15
1313
Virtual karabakh

Qubada yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstəsi tutuldu

13 Noy, 2020
12:38
1313

Qubada yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstəsi tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə COVID-19 virusuna yoluxmuş bir nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xaçmaz şəhər sakini K.Məmmədova koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunub.

Həmin şəxsə yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb.

COVID-19-a yoluxmuş qadın Quba rayonu ərazisində polis əməkdaşları tərəfindən yoxlanılan zaman onun qaydaları pozaraq, yaşadığı ünvanı tərk etdiyi aşkar edilib.

Dərhal keçirilən tədbirlərlə əraziyə həkim briqadası dəvət edilib və qadın təcili tibbi yardım avtomobilinə mindirilərək, Quba rayonu ərazisindəki koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri