16 
Noy
2020
13:40
597
21
2753
Virtual karabakh

Azərbaycanın əməkdar artisti Macarıstanın yüksək mükafatına layiq görüldü - FOTO

Macarıstan Prezidenti Ader Yanoş və Baş nazir Viktor Orbanın sərəncamı ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev Macarıstanın ən yüksək dövlət  mükafatı - “Qızıl Xaç” ordeni ilə təltif olunub.

Sərəncam Macarıstan müstəqillik günü ərəfəsində - 21 oktyabrda imzalanıb. Təltif olunanlar sırasında Macarıstan və eyni zamanda, dünyanın bir çox ölkələrindən görkəmli elm və mədəniyyət xadimləri, incəsənət sahəsində çalışan tanınmış yazıçılar, musiqiçilər və rəssamlar  da var. 

Dirijor Əyyub Quliyev bu mükafata mədəniyyət sahəsində əldə etdiyi uğurlar və Azərbaycanla Macarıstan arasında əlaqələrin inkişafında verdiyi xüsusi xidmətlərinə görə layiq görülüb.

Ordenin təqdimat mərasiminin Macarıstanın Azərbaycandakı səfirliyində keçirilməsi  planlaşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri