17 
Noy
2020
17:18
251
16
1188
Virtual karabakh

“Tanınmış simalarla virtual tur” layihəsi davam edir - VİDEO

17 Noy, 2020
17:18
1188

“Tanınmış simalarla virtual tur” layihəsi davam edir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Milli Xalça Muzeyi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan “Tanınmış simalarla virtual tur” layihəsini davam etdirir.

Milli Xalça Muzeyindən verilən məlumata görə, layihə çərçivəsində bu dəfə muzey ekspozisiyasının II mərtəbəsində nümayiş olunan xovlu xalçalar, milli geyim, tikmə, bədii metal nümunələri və “Qarabağ otağı” ilə təqdim olunub.

Muzeydə virtual turda bələdçilər Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, Əməkdar artist Nərgiz Kərimova, İctimai Televiziyanın “Səhər proqramları” departamentinin direktoru Könül Arifqızı, Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru Oleq Əmirbəyovdur. Muzeyin inklüziv proqramları çərçivəsində video surdo-tərcümə ilə müşayiət olunur.

Virtual turun ssenari müəllifi Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, rejissoru Mübariz Nağıyevdir.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri