18 
Noy
2020
15:52
286
136
5284
Virtual karabakh

Azərbaycan hibrid avtomobil alışını azaldıb

18 Noy, 2020
15:52
5284

Azərbaycan hibrid avtomobil alışını azaldıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin yanvar-oktyabr aylarında ölkəyə ixdal edilən daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən və yalnız elektrik mühərriklə hərəkətə gətirilən avtomobillərin sayı açıqlanıb.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, müvafiq dövrdə Azərbaycana daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən 4 min 56 ədəd avtomobil idxal edilib.

Onların ümumi idxal dəyəri 22 milyon 767,5 min dolları təşkil edib.

Eləcə də, yalnız elektrik mühərriklə hərəkətə gətirilən avtomobillərin sayı 142 ədəd olub və onların ümumi idxal dəyəri 8 milyon 20,5 min dolları əhatə edib.

2020-ci ilin oktyabr ayında Azərbaycana 378 ədəd daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub. Bu ayda yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin alışı həyata keçirilməyib və ədəd sayı sabit qalıb. Sentyabr ayına nisbətən oktyabr ayında bu tipdə avtomobillərin idxal həcmi azalıb.

Qeyd edək ki, sentyabr ayında ölkəyə 628 ədəd daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən avtomobil, eləcə də, altı ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi idxal olunub.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri