19 
Noy
2020
13:30
194
47
1050
Virtual karabakh

Tütünçülükdə orta məhsuldarlıq göstəriciləri yüksəlib

19 Noy, 2020
13:30
1050

Tütünçülükdə orta məhsuldarlıq göstəriciləri yüksəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il Azərbaycanda 3144 hektar sahədə tütün əkilib.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, bu günədək sahələrdən 5949,8 ton tütün yığılıb.

Fermerlər məntəqələrə 5078,2 ton quru tütün təhvil veriblər. Hazırda tütün üzrə orta məhsuldarlıq 18,9 sentner təşkil edir. Sahələrdə yığım davam edir, mövsümün yekununa kimi orta məhsuldarlıq göstəricisinin daha da artacağı gözlənilir.

2020-ci ildə Azərbaycanın 12 rayonunda və Naxçıvan Muxtar Respublikasında tütün əkilib. Əkin sahələrinin yarıdan çoxu ənənəvi tütünçülük bölgələrindən olan Şəki, Qax və Oğuz rayonlarının payına düşür.

Hazırda sahələrdə yığım davam edir, tütün yarpağı yığımının optimal müddətdə başa çatdırılması gözlənilir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri