19 
Noy
2020
13:48
665
15
3262
Virtual karabakh

Ermənistanın istehlak bazarı çöküb - FOTO

19 Noy, 2020
13:48
3262

Ermənistanın istehlak bazarı çöküb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstehlak Ermənistan iqtisadiyyatının əsas hərəkətverici qüvvəsidir. 2019-cu ildə ÜDM-in 7,6% artımına istehlakın töhfəsi 10,8%, bundan özəl istehlak xərcləri 9,3% olub.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Ermənistanda iqtisadi aktivlik indeksi 2020-ci ilin avqust ayında keçən ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz azalıb və 2020-ci ildə ÜDM-də 4,5 faiz azalma proqnozlaşdırılır.

Son iqtisadi qeyri-müəyyənliklər, siyasi qeyri-sabitlik və hərbi əməliyyatlar Ermənistanda birbaşa xarici investisiyaları daha da azaldır. "Economic Intelligence Unit" (EIU) 2020-ci ildə məcmu investisiyaların ÜDM-ə nisbətində 6% azalma proqnozlaşdırır. Bununla birlikdə, əsasən hökumətin koronavirus dəstək paketindən irəli gələn dövlət istehlak xərclərinin ÜDM-ə nisbətinin 13,4% artması gözlənilir. Ermənistanda COVİD üzrə adambaşına düşən infeksiya səviyyəsinin olduqca yüksək olduğunu nəzərə alaraq, səhiyyə xərcləri də büdcəyə böyük yük olur. Son hökumət büdcəsi müzakirələri əsasən fiskal genişlənməyə mənfi təsir göstərəcəyi gözlənilən hərbi xərclərin artmasına yönəldilib.

Beləliklə, digər xərc faktorları Ermənistan iqtisadiyyatının əsas hərəkətverici qüvvəsinin azalmasını kompensasiya edə bilməz. EIU-ya görə, 2020-ci ildə özəl istehlakın ÜDM-ə nisbətinin 8,2% azalacağı gözlənilir. Xidmətlərin 4,6% azalacağı proqnozlaşdırılır. Ermənistandakı iqtisadi göstəricilər istehlakın daralmasını şərtləndirir. Pul köçürmələrində azalma, aşağı real əmək haqları, virusla əlaqəli məhdudiyyətlər, işsizlik, müəssisələrin fəaliyyətinin dayanması, qeyri-müəyyənliklər və gözləntilərin pisləşməsi ev təsərrüfatlarının istehlakını azaldır.

ÜDM-in 11%-i nisbətində olan pul baratları Ermənistanda ÜDM artımının vacib və ən dayanıqlı amilidir və özəl istehlakı dəstəkləyir. Bu, iqtisadiyyatın xarici amillərdən yüksək dərəcədə asılılığını nümayiş etdirir.

 

İşsizlik və artan yoxsulluq səviyyəsi ev təsərrüfatlarının istehlakının azalmasına səbəb olur. BVF Ermənistanda işsizlik səviyyəsini 2020-ci ildə 22,3% və 2021-ci ildə 21,1% həddində proqnozlaşdırır. Ötən ilin eyni dövrü ilə müqayisədə orta aylıq nominal əmək haqqı 2020-ci ilin avqust ayında 2,6% azalıb. BMT-nin Davamlı İnkişaf Məqsədləri İndeksinə görə, Ermənistanda gündəlik gəliri 3,2 dollardan az olan insanların sayı 6,5% -dir. 

Ermənistanda iqtisadi artımın 2021-ci ildə bir qədər yüksəlməsi gözlənilsə də, bu, hərbi əməliyyatların hansı müddətdə davam etməsi və ölkədə koronavirusun nə qədər yayılmasından asılıdır. Mövcud tendensiyalar nəzərə alınaraq, Ermənistanda ÜDM-in əsas amili-ev təsərrüfatlarının istehlakı iqtisadi artımla bağlı müsbət proqnozları dəstəkləmir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri