20 
Noy
2020
09:18
507
34
3312
Virtual karabakh

Qarabağda döyüşmək üçün komissarlığa müraciət edən doqquz yaşlı uşağın vətənpərvər arzuları - VİDEO

20 Noy, 2020
09:18
3312

Qarabağda döyüşmək üçün komissarlığa müraciət edən doqquz yaşlı uşağın vətənpərvər arzuları - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlyas Şərifov 2011-ci ildə Göyçay şəhərində anadan olub. Onun 3 yaşından vətənə aid şeirləri əzbərləməsi yaxınlarının diqqətini çəkib. Daha sonra orta məktəb tədbirlərinə qatılaraq vətənpərvərlik mövzusunda şeirlər deyib. Daim qəlbi vətən və əsgərlərimizlə döyünən azyaşlı qəhrəmanımız sentyabrın 27-də Qarabağ müharibəsi başlayan zaman öz istəyi ilə Göyçay Rayon Hərbi Komissarlığına müraciət də edib.

Baku TV xəbər verir ki, İlyas Şərifov müraciətinə müsbət cavab verilmədikdən sonra rayona gələn şəhidlərin dəfnində iştirak edib. Şəhidlərin məzarları önündə onlara aid şeirlər deyərək şəhid analarının yaralarına sanki bir məlhəm olub.

Balaca İlyasın ən böyük arzusu böyüyəndə hərbi həkim olmaqdır. O, bununla da vətənə xidmət etməyi özünə borc bilir.

Özü kiçik olsa da, arzuları özündən qat-qat böyük olan bu igid arzusuna çatacağı günləri səbirsizliklə gözləyir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri