23 
Noy
2020
13:23
166
16
5237
Virtual karabakh

Sabahın hava proqnozu

23 Noy, 2020
13:23
5237

Sabahın hava proqnozu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 772 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-78 faiz, gündüz 50-55 faiz təşkil edəcək.  

Noyabrın 24-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.   

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 24-25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri