25 
Noy
2020
10:02
224
19
2861
Virtual karabakh

Təhsil nazirindən əmr: Şuranın yeni tərkibi təsdiqləndi

25 Noy, 2020
10:02
2861

Təhsil nazirindən əmr: Şuranın yeni tərkibi təsdiqləndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təhsil Nazirliyinin Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının üzvlərinin yeni tərkibi təsdiq edilib.

Bu barədə Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Təhsil Nazirliyinin “Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması haqqında” əmrinin birinci hissəsində “Şuranın üzvləri” yeni tərkibdə təsdiq edilib.

Şuranın üzvləri - TN-nin Aparat rəhbərinin müavinləri Fərzəli Qədirov və Həsən Həsənli, nazirin müşaviri Simuzər Feyzullayeva, İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov təyin edilib.

Əmrin icrasına nəzarəti nazir öz üzərində saxlayıb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri