27 
Noy
2020
10:57
454
9
2462
Virtual karabakh

FHN-in İdman-Sağlamlıq klubunun əməkdaşları şəhid ailələrini ziyarət ediblər - FOTO/VİDEO

27 Noy, 2020
10:57
2462

FHN-in İdman-Sağlamlıq klubunun əməkdaşları şəhid ailələrini ziyarət ediblər - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq klubunun kollektivi paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan 2-ci Qarabağ müharibəsində şəhid olmuş hərbçilərimizin ailələrini ziyarət ediblər.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev qeyd edib ki, Prezident, Ali Baş komandan İlham Əliyevin qətiyyəti nəticəsində müzəffər ordumuz müqəddəs amal uğrunda torpaqlarımızın azad olunması, sərhədlərimizin bərpası uğrunda Vətən müharibəsinə qalxaraq torpaqlarımızı rəşadətlə azad edib. Qarabağın azad olunması Vətən yolunda canını fəda etmiş şəhidlərimizin qanı bahasına başa gəlib. Və hər bir azərbaycanlı Vətənimizin bütövlüyü naminə canını fəda etmiş şəhidləri yad etməli, onların xatirəsini əziz tutaraq ailələrinə mənəvi dəstək olmaqla öz vətəndaşlıq və mənəvi borcunu yerinə yetirməlidir.

FHN-in əməkdaşları şəhid ailələrinə başsağlığı verərək hər zaman onların yanında olduqlarını vurğulayaraq Vətənə qəhrəman övladlar yetişdirmiş valideyinlərə ehtiramlarını bildiriblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri