30 
Noy
2020
11:36
16
440
3032
Virtual karabakh

İsveçdə “Vitt Hem - Qarabağ” restoranı yandırılıb - FOTO

30 Noy, 2020
11:36
3032

İsveçdə “Vitt Hem - Qarabağ” restoranı yandırılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveçdə fəaliyyət göstərən azərbaycanlı iş adamına məxsus “Vitt Hem - Qarabağ” restoranı yandırılıb.

Bu barədə Report-a restoranın sahibi Kənan Hacıəkbəroğlu məlumat verib.

Onun sözlərinə görə, Göteborq şəhərində yeni açılışı olan restorana gecə saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən “molotov kokteyli” atılıb.

“Mənə polis gecə saatlarında məlumat verdi. Dərhal əraziyə gəldim. Artıq yanğın söndürülmüşdü. Polis əraziyə yaxınlaşmağa qoymadı. Yanğınsöndürənlər və polis restoranın qəsdən yandırılmasından şübhələnirlər. Araşdırma aparılır”, - K.Hacıəkbəroğlu bildirib.

Göteborq şəhər polisinin yaydığı ilkin məlumata görə, yanğına restoranın içinə atılan şübhəli maddə səbəb olub. Yanğından sonra küçə nəqliyyatın hərəkətinə bağlanıb. Polis ətrafdakı müşahidə kameralarının yoxlanılmasına başlayıb. Hadisə ilə bağlı Göteborq şəhər Polis İdarəsində cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri