30 
Noy
2020
13:24
174
66
6066
Virtual karabakh

Dekabrın ilk gününün havası: 9 dərəcə şaxta olacaq

30 Noy, 2020
13:24
6066

Dekabrın ilk gününün havası: 9 dərəcə şaxta olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək.  

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 9-11dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət  gecə 80-90, gündüz  60-70  faiz təşkil edəcək.  

Azərbaycanın əksər rayonlarında havanın yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. 

Havanın temperaturu  gecə 1-5, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.   

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 1-2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişlidir. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri