Dek
2020
16:48
352
54
3942
Virtual karabakh

Pandemiyaya görə tütün məhsullarına tələbat məhdudlaşa bilər

1 Dek, 2020
16:48
3942

Pandemiyaya görə tütün məhsullarına tələbat məhdudlaşa bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Tütün İstehsalçıları Assosiasiyasının (ITGA) sayca 35-ci Ümumi Yığıncağı keçirilib.

Azərbaycan Sənaye Korporasiyasından verilən məlumata əsasən, onlayn formatda keçirilən tədbirə dörd qitədən və 24 ölkədən 174 iştirakçı qatılıb.

Tədbirdə “Japan Tobacco International”, “British American Tobacco”, “Universal Leaf Tobacco Co”, “Alliance One” kimi böyük şirkətlər ilə yanaşı, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azərtütün ASK” MMC-nin nümayəndələri də iştirak ediblər.

Tədbir qlobal tütün bazarına ümumi baxış, ənənəvi sahələr arasında sosial və ekoloji effektiv təcrübələr də daxil olmaqla, son istehsal məlumatlarının və proqnozlarının açıqlanması, eləcə də tütün bazarının təhlili kimi bir çox geniş mövzuları əhatə edib.

Çıxış edənlər qlobal pandemiya və dərinləşən iqtisadi böhran vəziyyətində tütün məhsulları istehlakının sabit qaldığını bildiriblər. Eyni zamanda hazırkı böhran və pandemiya şəraitində tütün məhsullarına tələbatın müəyyən qədər məhdudlaşması halı da istisna olunmayıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri