Dek
2020
11:43
465
14
7143
Virtual karabakh

Kəlbəcərə komendant təyin edildi

2 Dek, 2020
11:43
7143

Kəlbəcərə komendant təyin edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" fərmanına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir”.

Bunu Report-a açıqlamasında Milli Məclisə 123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilmiş Aqil Məmmədov deyib.

O bildirib ki, bu gün səhər saatlarından etibarən Kəlbəcər Rayon Polis Şöbəsi işğaldan azad edilmiş Kəlbəcər şəhərinin mərkəzinə yerləşdirilib:

“Daxili işlər nazirinin müvafiq əmri ilə Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytinantı Haqverdi Əkbərov komendant təyin edilib”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri