Dek
2020
13:07
368
18
2227
Virtual karabakh

Xaçmazda evlərdən oğurluq edən şəxs tutuldu - FOTO

5 Dek, 2020
13:07
2227

Xaçmazda evlərdən oğurluq edən şəxs tutuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmaz rayonunda evlərdən oğurluq edilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupu məlumat yayıb.

Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən və bir oyun zalından iki ədəd televizor, iki ədəd rəqəmsal oyun avadanlığı, bir ədəd mobil telefon, qızıl-zinət əşyaları və bir ədəd notbuk oğurlamaqda şübhəli bilinən rayon sakini Namiq Əliyev saxlanılıb.

Dindirmə zaman həmin şəxs evlərə və oyun zalına qanunsuz daxil olaraq, oradan zərərçəkmişlərə məxsus əşya və avadanlıqları oğurladığını etiraf edib.

N.Əliyevin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun rayon ərazisində törətdiyi daha altı oğurluq faktının da üstü açılıb.

Saxlanılan şəxs qanunsuz olaraq əldə etdiyi qənimətlərin bir qismini dəyərindən xeyli ucuz qiymətə satdığını, əldə etdiyi pulları xərclədiyini bildirib. Polis əməkdaşları tərəfindən əşya və avadanlıqların əksəriyyəti isə maddi sübut kimi götürülüb.

N.Əliyev barəsində Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri