Yan
2021
12:09
7
147
2028
Virtual karabakh

Aleksandr Çepurnov peyvəndin yeni mutasiyaya təsirindən DANIŞDI

5 Yan, 2021
12:09
2028

Aleksandr Çepurnov peyvəndin yeni mutasiyaya təsirindən DANIŞDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Elmlər Akademiyası Klinik və Eksperimental Tibb İnstitutunun aparıcı elmi işçisi, virusologiya üzrə professor, biologiya elmləri doktoru, “Vektor” xüsusi təhlükəli infeksiyalar laboratoriyasının keçmiş müdiri Aleksandr Çepurnov Media.Az-a koronavirusun yeni mutasiyası barədə danışıb.

O qeyd edib ki, bu dəfə virusun həqiqətən daha sürətli yayılan bir növü meydana çıxıb:

“Əlbətdə ki, bütün virus RNT-lərində mutasiyalar çox tez-tez baş verir. Hədəfli seçim halları ola bilər. Danimarkada məhv edilmiş su mamurlarını hamı xatırlayır. Virusun yeni sahibin ortaya çıxması və sonra insana qayıtması ciddi nəticələrə, yeni mutasiyalara səbəb ola bilər. Bundan başqa, daşıyıcı kimi pişiklər var və s. Beləliklə, çoxlu təhlükələr var. Bu səbəbdən “koronavirusun mutasiyası” ifadəsini eşidən hər kəs narahat olmağa başlayır”.

Professor koronavirusun Böyük Britaniyada və Cənubi Afrikada meydana çıxan yeni ştammlarından da bəhs edib. O, bunun çox xoşagəlməz bir vəziyyət olduğunu deyib:

“Virus, demək olar ki, iki dəfə sürətlə yayılmağa başlayıb və hətta mutasiya edib. Ancaq peyvənd virusa təsir etməsəydi və ya ölümcül vəziyyət artsaydı, daha dəhşətli olardı”.

Çepurnov bildirib ki, peyvənd yeni ştamma təsir edəcək:

“Britaniyadakı virusun artıq dəyişmiş variantlarından söhbət gedirsə, peyvəndin işə yaramayacağını göstərən heç bir məlumat yoxdur. Ona görə də peyvəndin kömək edəcəyini deyə bilərik. Ancaq potensial olaraq fərqli də ola bilər, bütün qorxular da bundan qaynaqlanır”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri