Yan
2021
15:59
536
53
3821
Virtual karabakh

Rusiya və Azərbaycan işğaldan azad olunmuş əraziləri minalardan təmizləyir - VİDEO

7 Yan, 2021
15:59
3821

Rusiya və Azərbaycan işğaldan azad olunmuş əraziləri minalardan təmizləyir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya və Azərbaycanın Fövqəladə Hallar Nazirliklərinin (FHN) əməkdaşları işğaldan azad olunmuş Azərbaycan ərazilərinin mina və partlamamış hərbi sursatlardan təmizləməsi əməliyyatlarını davam etdirir. 

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Ramiz Hüseynov jurnalistlərə müsahibəsində bildirib ki, dünəndən etibarən Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri işğaldan azad olunmuş ərazilərin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsi əməliyyatlarına başlayıb. 

Bu əməliyyatlara Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri də cəlb olunub. Bu işlərlə yanaşı razılaşdırılmış və təsdiq olunmuş tədris və təlim proqramına uyğun olaraq Rusiya Federasiyası mütəxəssisləri ilə birlikdə tədris və təlim kursları da davam edir. Kurslar nəzəri və praktik şəkildə həyata keçirilir. 

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatlarında iştirak edəcək “Lider” Mərkəzinin rəhbəri, general-mayor Anatoli Savvin isə deyib:

“Üçtərəfli razılaşmaya uyğun olaraq Azərbaycan tərəfinə qaytarılan ərazilərin minalardan təmizlənməsi məqsədilə 4 yanvar tarixindən gəlmiş 20 nəfərlik heyət işə başlayıb. Hazırda minalanmış ərazilərdə təmizləmə işləri aparılır. Artıq iki min kvadratmetr sahədə 25 piyada əleyhinə mina zərərsizləşdirilib”.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri